Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib

Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib

Azərbaycanın minifutbol millisinin Bakıda keçiriləcək dünya çempionatına hazırlıq planı müəyyənləşib.

Bu barədə “Report”a Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

O, komandanın keçirəcəyi oyunların tarixinin müəyyənləşdiyini söyləyib:

“Yığma aprelin 18-də Monteneqroya təlim-məşq toplanışına yollanacaq. Aprelin 19-dan 23-nə qədər məşqlərdə iştirak edəcəklər. Ayın 28-dək Monteneqroda olacaqlar və turnirə qatılacaqlar. Komanda aprelin 24-ü səhər Bosniya və Herseqovina, axşam isə Türkiyə millisi ilə görüşəcək. Bir gün sonra Monteneqro ilə oynayacaqlar. Aprelin 26-da isə Qazaxıstanla qarşılaşacağıq”.

Qurum rəsmisi daha sonra millinin Slovakiyada keçiriləcək turnirə qatılacağını bildirib:

“Milli aprelin 28-də Slovakiyaya yollanacaq və orada keçiriləcək turnirə qatılacaq. A qrupunda yer alan komanda aprelin 30-da Ukrayna və Slovakiya ilə qarşılaşacaq. Növbəti gün isə yarımfinal, final və üçüncü yer uğrunda matçlar olacaq”.

Qeyd edək ki, Azərbaycan yığması Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Futbol
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Futbol
Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Futbol
Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Futbol
İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

Futbol
Fransalı futbol hakimi 42 yaşında vəfat edib

Fransalı futbol hakimi 42 yaşında vəfat edib