11 cüdoçumuz Böyük Dəbilqədə çıxış edəcək

11 cüdoçumuz Böyük Dəbilqədə çıxış edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, yarışda 7 çəki dərəcəsində 11 cüdoçumuz (6 kişi, 5 qadın) mübarizə aparacaq.

İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

66 kq

Rəşad Yelkiyev

Turan Bayramov

73 kq

Rəşid Məmmədəliyev

90 kq

Aslan Kotsoyev

+100 kq

Camal Feyziyev

Uşanqi Kokauri

Qadınlar

48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

70 kq

Südabə Ağayeva