I Liqa: Lider çempionluğunu rəsmiləşdirə bilər - YENİLƏNİR
Bu gün futbol üzrə Azərbaycan I Liqasında çempion müəyyənləşə bilər.
QELEBE.AZ xəbər verir ki, lider “Şəfa” XXV tur çərçivəsində “Difai”ni məğlub etsə, sona iki tur qalmış qızıl medalları rəsmiləşdirəcək.
Bakı klubu 53 xalla turnir cədvəlində birinci sıradadır və ən yaxın izləyicisi “Səbail”i 7 xal qabaqlayır.
Qeyd edək ki, oyun saat 16:00-da start götürəcək.
I Liqa
XXV tur
16:00. “Şimal” – MOİK
Şamaxı OİK stadionu
16:00. “Difai” – “Şəfa”
Buzovna qəsəbə stadionu
16:00. “Zaqatala” – “Səbail”
Zaqatala OİK stadionu

https://qelebe.az//uploads/photo/i-liqa-lider-chempionlugunu-resmileshdire-biler-yenilenir.webp