Federasiya prezidenti: "Bakıda UFC turnirinin keçirilməsi böyük uğurdur"

Federasiya prezidenti: "Bakıda UFC turnirinin keçirilməsi böyük uğurdur"

Bakıda Mütləq Döyüş Çempionatı (UFC) turnirinin keçirilməsi böyük uğurdur.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov deyib.

O, iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq “UFC Fight Night” ilə bağlı fikirlərini bölüşüb:

"Dövlətimiz daim idmana dəstək göstərir. Daha əvvəl ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və başqa nüfuzlu yarışlar keçirilib. UFC də dünyanın böyük təşkilatlarından biridir. Həm də bütün dünyanın diqqət mərkəzində olan turnirdir. Azərbaycana müxtəlif yerlərdən turistlər gələcək, ölkəmiz, şəhərimiz tanınacaq".

Federasiya rəhbəri bunun gənc idmançılar üçün də yaxşı təcrübə olacağını söyləyib:

"Məşhur UFC döyüşçülərinin Bakıdakı çıxışı onlara əlavə stimul, inam verəcək. Güclü və yaxşı idmançılar Azərbaycana gələcəklər. Ölkəmizdə də MMA növünə böyük maraq var. Federasiyamızda 100-dən çox müəllim var. Bu o deməkdir ki, neçə min gənc bu növlə məşğuldur. Mən özüm də gənc yaşlarında dəfələrlə döyüşlərdə iştirak etmişəm. UFC turnirinin Bakıda keçirilməsi məndə də maraq oyadır".

O, növbəti illərdə də Azərbaycanda UFC turnirinin keçirilə biləcəyini söyləyib:

"Avropa Oyunlarından sonra ölkəmizdə dəfələrlə nüfuzlu yarışlar təşkil edilib. Bu il MDB Oyunları gerçəkləşəcək. Əsas ilk yarışı təşkil etməkdir. İnanıram ki, davamı gələcək. Hazırda ölkəmizdə idman dayanmadan inkişaf edir. Daha əvvəl kimin ağlına gələrdi ki, Azərbaycanda UFC turniri keçiriləcək? Çətini başlanğıcdır".

Fərdi
Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

Fərdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Fərdi
Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Fərdi
Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Fərdi
Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Fərdi
Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərdi
Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub