Şamaxıda keçirilən “Bahar turniri”nin qalibləri müəyyənləşib

Şamaxıda keçirilən “Bahar turniri”nin qalibləri müəyyənləşib

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Şamaxıda 12 yaşadək qızlar arasında keçirilən “Bahar turniri”nin qalibləri müəyyənləşib.

"QELEBE.AZ" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil edilən turnirdə 6 komanda mübarizə aparıb.

T.Kərimov adına Göylər kənd 2 nömrəli tam orta məktəbin komandası turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq Şamaxı Avropa Liseyi və A.Alxanov adına Sabir qəsəbə tam orta məktəb tutub.

Sabir qəsəbə tam orta məktəbin şagirdi Məryəm Mustafayeva 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. Şamaxı Avropa Liseyinin şagirdi Ayan Daşdizadə ən yaxşı oyunçu, Göylər kənd 2 nömrəli tam orta məktəbin şagirdi Zəhra Quluyeva isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-15 (qızlar) milli komandasının baş məşqçisi Gülənbər Qasımova və U-17 (qızlar) milli komandasının köməkçi məşqçisi Aytac Nemətova təqdim edib.

Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə AFFA U-13 Qızlar liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.

Futbol
Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Futbol
Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Futbol
Almaniyalı futbolçu "Səbail" komandası ilə matçda ciddi zədə alıb

Almaniyalı futbolçu "Səbail" komandası ilə matçda ciddi zədə alıb

Futbol
AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

Futbol
"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

Futbol
"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb