ABL: Pley-in mərhələsinə 2 oyunla start veriləcək
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə bu gün start veriləcək.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Gəncə" evdə "Lənkəran"la üz-üzə gələcək. Gəncə İdman Sarayında keçiriləcək qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək.
1/8 finalın digər görüşü Abşeron Olimpiya İdman Kompleksində "Abeşron"la NTD arasında reallaşacaq. Görüş 19:00-da başlayacaq.
Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunlarına aprelin 11-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/abl-pley-in-merhelesine-2-oyunla-start-verilecek.webp