BP Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığını davam etdirəcək 

BP Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığını davam etdirəcək 

BP Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan 13 illik rəsmi tərəfdaşlığının 2028-ci ilin sonuna qədər uzadıb.

"QELEBE.AZ" xəbər verir ki, ilkin tərəfdaşlıq sazişi London Yay Olimpiya Oyunlarından əvvəl, 2012-ci ilin yanvarında imzalanıb.

O vaxtdan bəri bu sazişin müddəti 2013, 2016 və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır.

On ildən çoxdur ki, bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə BP-nin hər iki komitə ilə sıx əməkdaşlığı üçün əla imkan yaradıb.
İndiyədək bu tərəfdaşlıq çərçivəsində BP Azərbaycanın çoxsaylı böyük beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci il London Yay Olimpiya Oyunlarında, Bakı-2015 Avropa Oyunlarında, Rio-2016 Yay Olimpiya Oyunlarında, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında, Tokio-2020 Yay Olimpiya Oyunlarında və Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakını dəstəkləyib.

Tərəfdaşlığın bir hissəsi olaraq, BP həmçinin, Azərbaycanın 10 aparıcı olimpiya və paralimpiya idmançısının hazırlığına və 2011-2020-ci illərdə onların beynəlxalq tədbirlərdə iştirakına dəstək verərək, onlar üçün fərdi inkişaf imkanları yaradıb.

Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin ölkənin dayanıqlı gələcəyinə və icmaların inkişafına dəstək vermək öhdəliyinin davamlı olduğunu bir daha vurğulayıb:

"30 ildən artıqdır ki, BP milli komandaların və idmançıların inkişafı və ölkənin böyük beynəlxalq tədbirlərdə uğurlu iştirakı üçün daha çox imkanlar yaratmaq məqsədilə Azərbaycanda milli idmana dəstək verən digər tərəflərlə səylərini birləşdirir. Uğurlu tərəfdaşlıq fəaliyyətlərimizlə yanaşı, BP Azərbaycanın çoxsaylı böyük beynəlxalq idman tədbirlərində, turnirlərdə və çempionatlarda iştirakına qürurla dəstək verir. BP bundan sonra da ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək öhdəliyinə uyğun olaraq, icmaları gücləndirməyə və Azərbaycanda milli idmanın inkişafına töhfələrini davam etdirəcək".

Foto: Vüqar Xanlarov

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Fərdi
"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək