Azərbaycan klubunun 5 oyunluq cəzalandırılan prezidenti: "Hakimin təhqir edilməsindən söhbət gedə bilməz"

Azərbaycan klubunun 5 oyunluq cəzalandırılan prezidenti: "Hakimin təhqir edilməsindən söhbət gedə bilməz"

Hakimin təhqir edilməsindən söhbət gedə bilməz.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan II Liqasında çıxış edən “Haypers Guba”nın prezidenti Ayaz Abdullayev XIX turda baş tutan “Ağdaş”la (3:3) matçda yaşananlara görə cəzalanmasına münasibət bildirərkən deyib.

Klub rəhbəri etirazlarının təhqir kimi qələmə verildiyini vurğulayıb:

“İntizam Komitəsinə necə deyilibsə, o formada qərar qəbul edilib. Lakin videotəkrara baxanda hakimlə nə qədər nəzakətli davrandığım görünür. Hansısa emosional davranış ola bilər. Hakimin təhqir edilməsindən söhbət gedə bilməz. Bu bir etirazdır, belə hallara dünya futbolunda da rast gəlinir. İndiyə qədər heç bir hakimlə yüksək tonda danışmamışam. Komandama da həmişə hakimlərə qarşı hansısa fikirlər səsləndirməmələrini tapşırıram”.

O, komandanın məşqçisi Rəsul Babazadənin 2 oyunluq cəzalanmasına da toxunub:

“Məşqçinin cəzasına gəlincə, oyun vaxtı nə baş verdiyini görməmişəm. Amma videotəkrara baxanda görünür ki, məşqçi əli ilə nəsə işarə edir. Bunun təhdid olub-olmadığını isə dəqiq deyə bilmərəm”.

Klub prezidenti öz cəzası ilə bağlı apellyasiya şikayəti verəcəklərini söyləyib:

“Tam gözləmədiyimiz epizodlar idi. Oyunda cəzalandırılan futbolçularla bağlı klub tərəfindən də tədbirlər görülüb. Açığı, məşqçi ilə bağlı apellyasiya şikayəti etməyəcəyik. Çünki əl hərəkəti olduğu görünür. Çox güman, özümlə və futbolçumuz Baxşəli Baxşəlyievlə bağlı apellyasiya şikayəti verəcəyik”.

Qeyd edək ki, “Ağdaş”la oyundan sonra hakimi təhqir etdiyinə görə A.Abdullayev 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb. Bununla yanaşı, məşqçi Rəsul Babazadə meydana daxil olaraq hakimi təhdid etdiyi üçün 2 oyunluq disvalifikasiya olunub. Həmçinin oyun zamanı yol verdikləri intizamsızlığa görə futbolçulardan Baxşəli Baxşəliyev 2, Xaqan Məmmədov isə 1 oyunluq cəzaya məruz qalıb.

Futbol
"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

Futbol
Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Futbol
Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Messi Ronaldunun rekordunu qırıb

Messi Ronaldunun rekordunu qırıb

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Futbol
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

Futbol
"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib