“Aston Villa” “Siti”yə çatdı

“Aston Villa” “Siti”yə çatdı

İngiltərə Premyer Liqasında XXXI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Aston Villa" öz meydanında mövsümün sürpriz komandalarından "Nottingem Forest"lə üz-üzə gəlib.

Ev sahiblərinin ilk hissədə vurduğu 2 qol matçın taleyini bəlli edib. Görüş "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 51-ə çatdıran Unay Emerinin yetirmələri eyni xala sahib "Mançester Siti" ilə 5-6-cı pillələri bölüşdürür.

İngiltərə Premyer Liqası
XXXI tur

20:30. “Aston Villa” - “Nottingem Forest” - 2:1