"Fənərbaxça", "Beşiktaş və "Qalatasaray"ın Avropadan qazandığı gəlir açıqlandı
UEFA 2023/24 mövsümü üçün avrokuboklarda verilən mükafatları açıqlayıb.
Apasport.az xəbər verir ki, “Qalatasaray”ın Çempionlar Liqası və Avropa Liqasından, “Beşiktaş” və “Fənərbaxça”nın isə Avropa Liqasından əldə etdiyi gəlirlər bəlli olub.
"Sarı-qırmızılılar" Çempionlar Liqasından 31 milyon 85 min avro, Avropa Liqasından isə 1 milyon 276 min avro gəlir əldə edib.
"Sarı-lacivərdlilər" isə Avropa Liqasından xəzinəsinə 9 milyon 34 min avro əlavə edib.
"Beşiktaş" isə avrokuboklardan 5 milyon 187 min avro qazanıb.

https://qelebe.az//uploads/photo/quotfenerbaxchaquot-quotbeshiktash-ve-quotqalatasarayquotin-avropadan-qazandigi-gelir-achiqlandi.webp