Juninyo komandasına qələbə qazandırdı, matçın ən yaxşısı seçildi - VİDEO

Juninyo komandasına qələbə qazandırdı, matçın ən yaxşısı seçildi - VİDEO

Cənubi Amerikada Libertadores Kubokunun qrup mərhələsinin oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, C qrupunda "Flamenqo" Venesuelada "Deportivo Taçira"nın qonağı olub.

Qışda "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Olavio Juninyo qarşılaşmada yeganə qola imza atıb. O, 57-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub. 

Juninyo qarşılaşmanın ən yaxşı oyunçusu seçilib və xüsusi mükafatla təltif olunub.