Riçard Trautman: "Avropa çempionatından yaxşı nəticə ilə dönəcəyimizə ümid edirəm"

Riçard Trautman: "Avropa çempionatından yaxşı nəticə ilə dönəcəyimizə ümid edirəm"

İdmançıların bəziləri olimpiadadan sonra istirahət etdilər. Zədələrin sağaldanlar var. Ümid edirəm ki, Avropa çempionatından yaxşı nəticə ilə dönəcəyik.

"Report"un məlumatına görə, bunu jurnalistlərə müsahibəsində kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman deyib.

Almaniyalı mütəxəssis Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb:

"Neçə medal qazanacağımızı deyə bilmərəm. Cüdoda hər saniyənin öz hökmü var. Olimpiya çempionu 10 saniyəyə uduza bilər. Ən azı iki qızıl medal hədəfləyirik. Bu, üç və ya dörd də ola bilər. Digər növlərdən fərqli olaraq cüdoda proqnoz vermək çətindir".

O, Azərbaycan təmsilçilərinin rəqiblərini təhlil etdiklərini bildirib:

"Avropa çempionatına qitənin ən yaxşıları gələcəklər. Rusiyanın, Gürcüstanın və Fransanın da belə idmançıları var. Hər bir idmançını fərdi olaraq hazırlayırıq".

O, 90 kq-da çıxış edəcək cüdoçunun daha sonra bəlli olacağını xatırladıb:

"Elcan Hacıyev gənc idmançıdır. Zədəsini yeni sağaldıb. O vaxt Avropa çempionu olması sürpriz deyildi. Bu dəfə Turan Bayramovdan və Ruslan Paşayevdən də qızıl medal gözləyirəm. Sürpriz edə bilərlər. Amma çətin olacağını bilirəm".

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-dək təşkil olunacaq.

Fərdi
Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Fərdi
Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Fərdi
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib