Azərbaycan klubunun prezidenti 5 oyunluq cəzalanıb

Azərbaycan klubunun prezidenti 5 oyunluq cəzalanıb

Futbol üzrə Azərbaycan II Liqasında çıxış edən “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev 5 oyunluq cəzalanıb.

“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Prezidentin cəzalanmasına səbəb XIX turda baş tutan “Ağdaş”la oyundan sonra hakimi təhqir etməsi olub. klub rəsmisinə bu hərəkətinə görə 3 oyun şərti olmaqla 5 oyun cəza verilib. Həmçinin “Hypers Guba”  400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Hypers Guba”nın məşqçisi Rəsul Babazadə isə meydana daxil olaraq hakimi təhdid etdiyinə görə 2 oyun cəzalanıb, klub 100 manat cərimələnib.

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununda “Hypers Guba” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilsin (maddə 37);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununun 89-cu dəqiqəsində “Hypers Guba” klubunun 25 nömrəli futbolçusu Baxşəli Baxşəliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 39.1);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununun 90+4-cü dəqiqəsində “Hypers Guba” klubunun 6 nömrəli futbolçusu Xaqan Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Hypers Guba” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

Futbol
AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
Çempionlar Liqası: İranlı hücumçu Messini geridə qoyub

Çempionlar Liqası: İranlı hücumçu Messini geridə qoyub

Futbol
"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
Canni De Byazi: "Qazandığım uğurlara görə İtaliyanı tərk etməyə dəyərdi"

Canni De Byazi: "Qazandığım uğurlara görə İtaliyanı tərk etməyə dəyərdi"

Futbol
İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

Futbol
“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq