Azərbaycan qılıncoynadanı: "Dünya Kubokunda gözlədiyimdən yaxşı çıxış etdim"

Azərbaycan qılıncoynadanı: "Dünya Kubokunda gözlədiyimdən yaxşı çıxış etdim"

Sablyaçıların şəxsi yarışında gözlədiyimdən yaxşı çıxış etdim.

Bunu "Report"a açıqlamasında Azərbaycan qılıncoynadanı Anna Başta Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kuboku ilə bağlı danışarkən deyib.

28 yaşlı idmançı Paris-2024 Yay Olimpiya Oyunlarından sonra ilk dəfə beynəlxalq turnirə qatıldığını xatırladıb:

"Bu yarışa yaxşı hazırlaşmışdım. 200-dən çox iştirakçı arasında 12-ci oldum. Halbuki uzun müddətdən sonra qatıldığım turnirdə məqsəd yenidən rəqabəti hiss etmək, gücümü yoxlamaq idi. Qrupda 6 görüşün 5-də qələbə qazandım. Bu nəticə mənə birbaşa əsas mərhələyə yüksəlmək üçün kifayət etdi. Ən güclü "64-lük"də 3 görüş keçirdim. Ən güclü "səkkizliy"ə yüksəlmək üçün keçirilən qarşılaşmada uduzdum. Uzun müddətdən sonra qatıldığım ilk beynəlxalq turnirdə göstərdiyim nəticədən razıyam".

A.Başta növbəti gün komanda yarışında qüvvələrini sınadıqlarını vurğulayıb:

"Macarıstan millisi ilə qarşılaşmada zədələndim. Hələ ki, zədənin nə qədər davam edəcəyi bəlli deyil. Həkimlə danışmaq imkanım olmayıb. Lakin inanıram ki, zədəmin sağalması uzun çəkməyəcək. Bu dəfə mental və emosional olaraq daha hazırlıqlıyam. Bəlli bir fəaliyyət planı var. Təbii ki, zədələnməyimə görə təəssüflənirəm. Bir çox idmançılar mənə dəstək oldular. Lakin zədə idmanın ayrılmaz hissəsidir və hər bir idmançının başına gələ bilər. Təmkinli olub, səbrlə yenidən yarışlara qayıtmağı gözləməlisən".

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunun komanda yarışında dördüncü yeri tutub.

Fərdi
Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

Fərdi
Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Fərdi
Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Fərdi
Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Fərdi
Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Fərdi
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq