Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, ilk olaraq 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda belçikalı Mattias Kasse ilə görüşəcək. 

73 kq-dakı Hidayət Heydərov ispaniyalı Salvador Rokaya qalib gələrək finalda kanadalı Artur Margelidona rəqib olub. 

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leskiyə yenilib. 

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

13:48

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi bu raundadək irəliləyə bilib.

Heydərov finala gedən yolda ispaniyalı Salvador Roka ilə, Mollayi macarıstanlı Attila Unqvari ilə güləşəcək.

73 kq-dakı idmançılardan Vüsal Qələndərzadə və Rüstəm Orucov 1/8 finalda, Telman Vəliyev 1/16 finalda məğlub olub.

81 kq-da Elcan Hacıyev və Ömər Rəcəbli 1/16 finalda, Zelim Tçkayev isə 1/8 finalda yenilib.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leski ilə üz-üzə gələcək. Eyni çəkidəki Nərgiz Hacıyeva ilk qarşılaşmasından məğlub ayrılıb.

70 kq-da Südabə Ağayeva və Günel Həsənli də məğlub olduqları üçün medal şanslarını itirib.

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Fərdi
Elçin Əsədov:  "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Elçin Əsədov: "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi
London marafonunda faciəvi hadisə baş verib

London marafonunda faciəvi hadisə baş verib

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb