“Baku Fire” həkimin AFFA tərəfindən 5 oyunluq cəzalandırılmasına münasibət bildirib

“Baku Fire” həkimin AFFA tərəfindən 5 oyunluq cəzalandırılmasına münasibət bildirib

Azərbaycanın Yüksək Liqasında çıxış edən “Baku Fire” XI turda “Araz-Naxçıvan”la baş tutan görüşdən sonra klubun həkimi Cəlal Əliyevin AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Bu barədə “QELEBE.AZ”a komandanın kapitanı və məşqçisi Elvin Quliyev açıqlama verib.

O, həkimin hakimə sayılmayan qola görə etiraz etdiyini söyləyib:

“Epizodların birində vurduğumuz qol sayılmadı. Həkim də buna etiraz etdi və qolu saymamasının səbəbini soruşdu. Bundan sonra qırmızı vərəqə ilə cəzalandırıldı. Amma maraqlıdır ki, niyə vurulmayan qol deyil, məhz həkimin cəzası qabardılır? “Araz-Naxçıvan”la oyun çox əhəmiyyətli idi, hətta “qızıl oyun” sayılırdı. Çünki heç-heçə oynasaydıq, böyük ehtimalla çempionluğu təmin edəcəkdik. Həkim hakimə qarşı heç bir təhqiramiz ifadə işlətməyib, sadəcə, deyib ki, “haqsızlıq etdin”. Bütün bunlar gözümün qarşısında olub. Hakim də etiraza görə onu qırmızı vərəqə ilə cəzalandırıb. Həmin vaxt hakim özündə deyildi. Çünki qəbul etdiyi qərarlara görə hər iki komanda tərəfindən haqlı etirazlar çox idi”.

Klub rəsmisi apellyasiya şikayəti edəcəklərini söyləyib:

“5 oyunluq cəza veriblər. Apellyasiya şikayəti edib, cəzanın azaldılmasına çalışacağıq”.

Qeyd edək ki, “Baku Fire” - “Araz-Naxçıvan” görüşü Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Futbol
"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" - "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb

Futbol
Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Futbol
Pele dəfn olunub

Pele dəfn olunub

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

Futbol
Çempionlar Liqası: Daha iki komanda pley-offa vəsiqəni təmin edib

Çempionlar Liqası: Daha iki komanda pley-offa vəsiqəni təmin edib

Futbol
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub