Millimizin üzvü oynamadı, komandası məğlub oldu
Türkiyə I liqasında XXVIII turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Çorum" doğma meydanda "Boluspor"la qarşılaşıb.
Görüş ev sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Diniyev bu matçda ehtiyat heyətdə qalıb.
Qeyd edək ki, "Çorum" turnir cədvəlində 39 xalla 10-cu pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/millimizin-uzvu-oynamadi-komandasi-meglub-oldu.webp