“Qarabağ” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR

“Qarabağ” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXVI tura start veriləcək.

QELEBE.AZ xəbər verir ki, açılış günündə bir matç keçiriləcək. 

"Araz-Naxçıvan" "Qarabağ"la qarşılaşacaq. “Liv Bona Dea Arena”da baş tutacaq görüşü Əliyar Ağayev idarə edəcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək.

Misli Premyer Liqası
XXVI tur
8 mart
19:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
"Liv Bona Dea Arena"

Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.