Milli Gimnastika Arenasında Dünya Kubokunun açılış mərasimi keçirilib

Milli Gimnastika Arenasında Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin, həmçinin yarışda təmsil olunan ölkələrin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. İdmanda, gimnastikada bir sıra uğurlu nəticələrin olduğunu vurğulayan nazir təşkilatçılara təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayıb.

Dövlət Himni səsləndiriləndən sonra isə rəqs qrupları öz məharətlərini göstəriblər.

Dünya Kubokunda ölkəmizi Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər. Yarışların yekununda ən yüksək icra xalını toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Qeyd edək ki, 19 ölkə gimnastlarının qatıldığı Dünya Kubokuna martın 9-da yekun vurulacaq.

Foto: Məhəmməd Ağayev

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

Fərdi
Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Fərdi
Yaponiyanın Azərbaycandakı səfirliyi və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfirliyi və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

Fərdi
Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərdi
Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”