Naxçıvan idmançılarının ötən il qazandığı medalların sayı açıqlanıb

Naxçıvan idmançılarının ötən il qazandığı medalların sayı açıqlanıb

Naxçıvan idmançılarının ötən il qazandığı medalların sayı açıqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini Məcid Seyidov mətbuat konfransında yerli idmançıların ötən il dünya, Avropa çempionatları, beynəlxalq turnirlər, Azərbaycan çempionatı və birinciliklərində 72-si qızıl, 71-i gümüş və 58-i bürünc olmaqla, ümumilikdə 201 medal qazandığını, uğur tendensiyasının cari ildə də davam etdiyini diqqətə çatdırıb.

İdmançıların qazandığı yüksək nəticələr arasında Röya Abdullayeva və Əli Əsgərovun Avropa, Xalədicə Bayramova ilə Vüsal Seyidovun dünya çempionluqları, ölkə birincisi olan ilk Naxçıvan cüdoçusu kimi Ləman Bağırova və digərlərinin tarixi uğurlarını Naxçıvanda uğurla icra olunan idman siyasətinin bəhrəsi kimi dəyərləndirilib.

O, nazirliyin ötənilki fəaliyyəti, qazanılan uğurlar və qarşıdakı dövrdə görüləcək işlər barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Nazir müavini 2024-cü ilin təmsil etdiyi qurumun fəaliyyəti baxımından yaddaqalan olduğunu bildirib, görülən işlərdən bəhs edib. Qeyd olunub ki, nazirlik dövlət gənclər və idman siyasətinin icrası istiqamətində ümumilikdə 365 tədbir keçirib, müxtəlif layihələr icra edib. Gənclərin hərtərəfli inkişafı, sağlam həyat tərzinə cəlbi, karyera imkanlarının artırılması, əhaliyə idman xidmətlərinin əlçatanlığının təmini, məşqçi və idmançıların peşəkar inkişafı və digər istiqamətlərdə davamlı işlər görülüb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində müxtəlif mövzularda şəxsi inkişaf təlimləri təşkil edildiyini, Naxçıvan şəhəri üzrə 8 yerdə açıq hava idman qurğularının istifadəyə verildiyini xatıladan Məcid Seyidov dövlətin həyata keçirdiyi bu tədbirlərin davam edəcəyini bildirib. Əlavə olunub ki, cari il ərzində muxtar respublikanın rayon və şəhərlərində, böyük qəsəbələrində olmaqla, ümumilikdə 11 yerdə sadə tipli idman qurğularının quraşdırılması nəzərdə tutulub.

Bundan başqa, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsinin muxtar respublikanın Babək, Culfa və Şahbuz şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur. Bütün bu işlər nəticəsində il sonuna kimi muxtar respublikanın bütün bölgələri daxil olmaqla, əhalinin ödənişsiz istifadəsinə veriləcək idman meydançalarının ümumi sayı 22-ə yüksələcək. Dövlət və özəl investisiya əsasında Naxçıvan şəhərində və bir sıra regionlarda icra olunan və ya planlaşdırılan infrastruktur layihələri barədə məlumatlar diqqətə çatdırılıb.

Nazir müavini vətəndaş qəbulu, könüllülərlə iş, əməkdaşlıq əlaqələri, gənclərə və idmançılara göstərilən dövlət dəstəyi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Məcid Seyidov jurnalistlərin mövcud məsələlərin həlli və gələcəkdə görüləcək işlərlə bağlı ünvanladıqları suallara cavab olaraq bildirib ki, cari ildə karate üzrə beynəlxalq turnirin, o cümlədən bir sıra idman növlərində ölkə əhəmiyyətli idman yarışlarının təşkili planlaşdırılır. Vətəndaş müraciətləri, sahibkarlardan gələn təkliflər və ümumi analizlər nəzərdən keçirilir, idmanın maddi-texniki bazasının yenilənməsi, o cümlədən yenidənqurma, təmir işlərinin aparılması gələcək perspektivdə aktuallığını qoruyur.

Fərdi
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Fərdi
Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq