“Kür-Araz”ın prezidenti: "AFFA bizə texniki məğlubiyyət verməməli, oyunu təxirə salmalı idi"

“Kür-Araz”ın prezidenti: "AFFA bizə texniki məğlubiyyət verməməli, oyunu təxirə salmalı idi"

AFFA əslində bizə texniki məğlubiyyət verməməli, oyunu təxirə salmalı idi.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın II Liqasında mübarizə aparan “Kür-Araz” klubunun prezidenti Mirheydər Səfiyev XIV turda “Şahdağ Qusar”la baş tutmalı olan oyuna getmədiklərinə görə AFFA İntizam Komitəsi tərəfindən verilən texniki məğlubiyyətə münasibət bildirərkən deyib.

O, hava şəraitinə görə problem yaşadıqlarını və yarıyoldan qayıtdıqlarını əsas gətirib:

“Məsələdən hər kəs - oyunun AFFA nümayəndəsi, rəqib komandanın xəbəri var. “Axırıncı aşırım” deyilən yer var, qar səbəbindən oradan keçə bilmədik. Keçmək mümkün deyildi, hər kəs maşınlarla geri qayıdırdı. Yolda qalan 15-dən çox avtomobil saydım. Hətta bəzi maşınlar sürüşürdü. Orada bir müddət qaldıqdan sonra biz də geri qayıtdıq. AFFA əslində bizə texniki məğlubiyyət verməməli, oyunu təxirə salmalı idi. Təbiət hadisəsidir, mən nə edə bilərəm? Biri var oyuna getməmək, biri də var gedə bilməmək. Biz, sadəcə, qar səbəbindən oyuna vaxtında çata bilmədik. Başqa yolla getməyi məsləhət görsələr də, artıq gec idi”.

Klub rəhbəri texniki məğlubiyyətlə razılaşmadığını deyib:

“Komandanın səfərinə xərc çəkmişik. Heç olmasa, oyunu təxirə salardılar. Texniki məğlubiyyət düzgün deyil, razılaşmıram. Ola bilsin, apellyasiya şikayəti edəcəyik. Məsləhətləşəndən sonra bu barədə qərar verəcəyik”.

Qeyd edək ki, martın 1-də baş tutmalı olan “Şahdağ Qusar” - “Kür-Araz” matçı qonaq komandanın təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə baş tutmayıb. Nəticədə “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub həmçinin 400 manat cərimələnib.

Futbol
DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

Futbol
"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

Futbol
Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Maksim Medvedev: "Avropa Liqası Azərbaycan çempionatı deyil"

Futbol
Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Futbol
Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Futbol
Portuqaliya millisinin baş məşqçisi: "Ronaldu ehtiyatda qaldığı üçün narazı idi"

Portuqaliya millisinin baş məşqçisi: "Ronaldu ehtiyatda qaldığı üçün narazı idi"

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Futbol
"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib

"Qarabağ"ın rəqibi heç-heçə edib