Ehtiram Quliyev: "Avrokubokdakı rəqibimizi Tovuzda qəbul etmək üçün UEFA-ya müraciət edəcəyik"

Ehtiram Quliyev: "Avrokubokdakı rəqibimizi Tovuzda qəbul etmək üçün UEFA-ya müraciət edəcəyik"

Avrokuboka vəsiqə qazansaq, rəqibimizi doğma meydanda qəbul etmək üçün UEFA-ya müraciət edəcəyik.

Bunu "QELEBE.AZ"a açıqlamasında “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

O, komandanın avrokuboklara vəsiqə qazanacağına və mövsümü uğurlu nəticə ilə başa vuracağına inandığını bildirib:

"Premyer Liqanın 2/3 hissəsi arxada qalıb. Turnir cədvəlindəki mövqeyimiz avrokuboklara düşə biləcəyimizi göstərir. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda istəyimizə çatacaq. İstədiyimiz uğurlu nəticəyə çatmağımıza az qalıb".

Klub rəhbəri Konfrans Liqasına vəsiqə qazanacaqları təqdirdə, rəqiblərini doğma meydanda qəbul etmək istədiklərini söyləyib:

Havalar hələ ki, soyuq keçir. İnşallah, yaxın müddətdə stadionda bəzi işlər görüləcək ki, UEFA-nın standartlarına cavab verən kateqoriyanı ala bilək. Ümidlərimiz böyükdür. Təbii ki, bunun üçün ilk növbədə UEFA Konfrans Liqasına vəsiqəni təmin etməliyik. İstəyimizə çatacağımız təqdirdə, I təsnifat mərhələsindəki rəqibimizi Tovuzda qəbul etmək istəyirik. Bunun üçün UEFA-ya müraciət edəcəyik".

O, Tovuzda tikilən yeni bazanın açılışının yaxın günlərdə olacağını və istifadəyə veriləcəyini vurğulayıb:

"Yaxın müddətdə Tovuzdakı yeni bazamız akademiyamızda futbolun sirrlərinə yiyələnən, əvəzedici heyətin və əsas komandamızın üzvlərinin ixtiyarına veriləcək. Bazada artıq son tamamlama işləri aparılır. Açılış mərasimi yaxın günlərdə olacaq və mətbuat işçilərini dəvət edəcəyik".

Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasında 24 turdan sonra 42 xalla dördüncü sırada qərarlaşıb.

Futbol
Messi Maradona və Batistutanı geridə qoyub

Messi Maradona və Batistutanı geridə qoyub

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
“Qarabağ” Avropada 2 pillə irəliləyib

“Qarabağ” Avropada 2 pillə irəliləyib

Futbol
Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Futbol
"Qarabağ" Avropada xal itirməyən dörd komandadan biridir

"Qarabağ" Avropada xal itirməyən dörd komandadan biridir

Futbol
Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"