Azərbaycanlı referi Türkiyədəki yarışın ən yaxşı hakimi seçilib
Azərbaycanlı taekvondo hakimi Ramal Camalov Türkiyənin Antalya şəhərində keçirilmiş G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) fərqləndirilib.
Bu barədə "QELEBE.AZ"a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Camalov yarışın ən yaxşı kişi hakimi seçilib.

https://qelebe.az//uploads/photo/azerbaycanli-referi-turkiyedeki-yarishin-en-yaxshi-hakimi-sechilib.webp












