Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib

Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib

Fevralın 7-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Beynəlxalq Olimpiya Komitəsinin idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitlərin təqdimatı” mövzusunda seminar keçirilib.

MOK-un mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, tədbirdə qurumun idman şöbəsinin baş məsləhətçisi, “Təhlükəsiz idman” üzrə BOK-un setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə, federasiya nümayəndələri və məşqçilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vaqif Əliyev idmançıların psixi sağlamlığı və təhlükəsizliyinə dair metodiki vəsaitlər barədə məlumat verib. MOK-un nümayəndəsi çıxışında “Təhlükəsiz idman”ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlərdən danışıb.

Federasiyaların bu sahədə mümkün qədər maarifləndirilməsinin vacibliyinə toxunan Vaqif Əliyev “İdmançıların idmanda qısnama və zorakılıqdan müdafiəsi”, Beynəlxalq Olimpiya Komitəsinin elit idmançıların psixi sağlamlığı”, “İdmanda böyüklərin beynəlxalq müdafiə təminatlarının hazırlanması”, “İdmanda uşaqların beynəlxalq müdafiə təminatları” adlı metodiki vəsaitlərin bu mövzuda əhəmiyyətli olacağını bildirib. O, hazırlanan vəsaitlərin Azərbaycan və rus dillərində tərcümə olunduğunu deyib.

Seminarda çıxış edən Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə hazırlanan vəsaitlərin vacibliyini, elit idmançıların psixi sağlamlığının və hazırlığının əhəmiyyətini qeyd edib.

Vəsaitin federasiyalar, məşqçilər və həkimlər üçün faydalı olacağını bildirən federasiya nümayəndəsi psixi sağlamlığın simptomları və dəyişiklikləri barədə də danışıb. Qeyd olunub ki, vəsait belə problemləri müşahidə edib, aradan qaldırmaqda və ilkin psixoloji yardımın həyata keçirilməsində böyük kömək olacaq.

Tədbirin sonunda federasiya nümayəndələrinin sualları cavablandırılıb.

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Fərdi
Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Fərdi
Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Fərdi
Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Fərdi
AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək