ACF rəsmisi: "Cüdoçuların Parisdə keçirilən "Böyük Dəbilqə"dəki çıxışını yaxşı qiymətləndiririk"

ACF rəsmisi: "Cüdoçuların Parisdə keçirilən "Böyük Dəbilqə"dəki çıxışını yaxşı qiymətləndiririk"

Cüdoçularımızın "Böyük Dəbilqə"dəki çıxışını yaxşı qiymətləndiririk.

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O, Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçirilmiş turnirdəki nəticələri ilə bağlı fikirlərini bölüşüb:

"Yarışa qatılan 10 cüdoçudan 3-ü medal əldə etdi. İkisi beşinci yeri tutdu. Medal görüşlərində məğlub oldular. Ümimilikdə yığmanın çıxışını yaxşı qiymətləndiririk. Hər idmançının performansını ayrı-ayrı dəyərləndirdikdə imkanlarından zəif təsir bağışlayan oldu. Bəziləri üçün ilk böyük turnir idi. Böyük təcrübə qazandılar. Millinin baş məşqçisi Riçard Trautman müsahibəsində də hazırda diqqəti yeni nəslin yetişməsinə, onların yoxlanılmasına yönəltdiyimizi vurğulamışdı. Bu baxımdan hesab edirəm ki, federasiya bu yarışda qarşıya qoyulan məqsədlərə çatdı. Hansı istiqamətdə işlərin düz getdiyini və çatışmazlıqların harada olduğunu görürük. Bunun əsasında da gündəlik işləri tənzimləyəcəyik. "Böyük Dəbilqə" bir çox gənc cüdoçularımız üçün sınaq turniri idi. Kimsə bundan çox əla istifadə etdi. Kimsə yararlana bilmədi və potensialından aşağı çıxış etdi. Bunların hamısı dəyərləndiriləcək və müzakirə olunacaq".

ACF rəsmisi qızıl medal qazanan Ruslan Paşayev (66 kq) haqqında da danışıb:

"O, kifayət qədər istedadı və potensialı olan idmançıdır. Zədələr ötən il olimpiadada iştirakına mane oldu. Məşqçilər heyəti əmin idi ki, Ruslan da lisenziya əldə edəcək. Amma zədələr imkan vermədi. İndi isə tam sağlamdır, hazırdır. Yarışdan-yarışa artırır. Müəyyən məsələlər var ki, bunları tənzimləməlidir. Məşqçilər heyəti də bunu yaxşı bilir. Hesab edirəm ki, 66 kq-da bizim əsas namizədlərdən biri ola bilər. Amma bu çəkidə Yaşar Nəcəfov, Rəşad Yelkiyev, Elşən Əsədov da var. Gənclərdə Məhəmməd Musayevi də qeyd etmək istəyirəm. Bu çəkidə rəqabət kifayət qədərdir. Bizim istəyimiz rəqabətin yüksək səviyyədə olmasıdır".

Qeyd edək ki, "Böyük Dəbilqə"də Ruslan Paşayev (66 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc mükafat əldə edib.

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Fərdi
Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"