AAF-ın baş katibi: “İnanırıq ki, bu mütəxəssislər hədəflərə çatmaq üçün öz töhfələrini verəcəklər”

AAF-ın baş katibi: “İnanırıq ki, bu mütəxəssislər hədəflərə çatmaq üçün öz töhfələrini verəcəklər”

İnanırıq ki, bu mütəxəssislər qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün öz töhfələrini verəcəklər.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə qurumda gerçəkləşən yeni təyinatlarla bağlı danışarkən deyib.

O, bir çox vacib məsələlərlə bağlı ətraflı müzakirələr aparıldığını söyləyib:

"Bildiyiniz kimi, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun məşqçilərlə görüşü keçirilib. Qeyd etmək istərdim ki, bu cür görüşlər davamlı şəkildə təşkil olunur. Bu dəfə də bir çox vacib məsələlərlə bağlı ətraflı müzakirələr aparıldı və müvafiq tapşırıqlar verildi. Həmçinin yeni məşqçilərin təyinatı gerçəkləşdi. Oktay Mirzəyev milli komandanın baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək. Mixal Poqani isə yığmanın tullanmalar üzrə məşqçi-məsləhətçi postuna təyin olunub. Atletika üzrə tanınmış ekspert olan Mirzəyev Türkiyə və Rusiya millilərində çalışıb. O, ötən ilin oktyabrında təşkil etdiyimiz “Atletika üzrə Məşqçilərin I Konfransı”nda da iştirak edərək öz zəngin təcrübəsini məşqçilərimizlə bölüşmüşdü. Slovakiyalı Mixal Poqani də tanınmış və təcrübəli mütəxəssislərdəndir. Onun məşqçisi olduğu idmançılar Olimpiya Oyunları, dünya və Avropa çempionatının qalibi və mükafatçıları olublar. İnanırıq ki, bu təyinatlar federasiyanın atletikanın inkişafı istiqamətindəki gərgin fəaliyyəti ilə tam səsləşəcək və bu mütəxəssislər qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün öz töhfələrini verəcəklər”.

Qeyd edək ki, ötən gün Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb. Oktay Mirzəyev Azərbaycan millisinin müvəqqəti baş məşqçisi, Mixal Poqani isə tullanmalar üzrə məşqçi-məsləhətçi təyin olunub.

Fərdi
Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Fərdi
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Fərdi
Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Fərdi
Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq