Azərbaycanın minifutbol millisinin baş məşqçisi: “Bakıda xarici komandaların iştirakı ilə turnir keçirmək istəyirik”

Azərbaycanın minifutbol millisinin baş məşqçisi: “Bakıda xarici komandaların iştirakı ilə turnir keçirmək istəyirik”

Mayın əvvəlində Bakıda xarici komandaların iştirakı ilə minifutbol turniri təşkil etməyi planlaşdırırıq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev bildirib.

Mütəxəssis yığma ilə bağlı qarşıdakı planları açıqlayıb:

“Hələ seleksiya prosesi gedir. Martın 5-də Azərbaycan çempionatı başa çatacaq. Martın 10-da isə ilin ilk toplanışına başlamağı planlaşdırırıq. Daha sonra dünya çempionatına hazırlıqla bağlı proqram tərtib ediləcək. İki turnirdə iştirak etməyi planlaşdırırıq. Onlardan biri apreldə Monteneqroda olmalıdır. Həmçinin mayın əvvəlində Bakıda xarici komandaların iştirakı ilə turnir təşkil etməyi planlaşdırırıq”.

E.Quliyev millinin heyətində dəyişikliklər olacağını deyib:

“Heyətlə bağlı dəyişikliklərin olacağı dəqiqdir. Karyerasını bitirənlər, yeni futbolçular var. Bir neçə futbolçu nəzərimizdədir. Əsas odur ki, hansı ölkədə oynamasına baxmayaraq, Azərbaycan vətəndaşı və yaxşı oyunçu olsun. İzlədiyimiz futbolçulardan biri Ramiz Çovdarovdur. O, hazırda Almaniyadadır. Adını çəkmək istəmədiyim bəzi futbolçular da var ki, onların komandaya uyğun olub-olmadığını müəyyənləşdirməyə çalışırıq. Yığmada ən azı 4-5 yeni futbolçu görəcəksiniz”.

Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında çıxış edib. Komanda 1/4 finalda Qazaxıstanla qolsuz bitən oyunun penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Futbol
Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol
DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

Futbol
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Futbol
Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Futbol
Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

Futbol
Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Futbol
Rövlan Muradov: "De Byazinin mənə şans verməməsi ruh düşkünlüyü yaratmır"

Rövlan Muradov: "De Byazinin mənə şans verməməsi ruh düşkünlüyü yaratmır"

Futbol
Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Futbol
"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

Futbol
Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib