“Liverpul”un baş məşqçisi müdafiəçisinin “Real”a mümkün keçidini Cerrard nümunəsi ilə şərh edib

“Liverpul”un baş məşqçisi müdafiəçisinin “Real”a mümkün keçidini Cerrard nümunəsi ilə şərh edib

“Liverpul”un baş məşqçisi Arne Slot “Real Madrid”i cinah müdafiəçisi Trent Aleksander-Arnoldu transfer etmək cəhdlərinin asan başa gəlməyəcəyini bildirib və buna misal olaraq “kral klubu”nun “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrardı Mersisayddan Madridə gətirmək cəhdlərinin uğursuzluğunu göstərib.

“Report” “Liverpool Echo”ya istinadən xəbər verir ki, bunu niderlandlı mütəxəssis jurnalistlərin İspaniya klubunun “adətən öz istədiyini əldə etməsinin” onda narahatlıq doğurub-doğurmadığı barədə sualını cavablandırarkən deyib.

“Bir oyunçu (Cerrard – red.) var idi, onu, həqiqətən də, istəyirdilər, lakin o getmədi. Onu məndən yaxşı tanıyırsınız. Bax belə alındı”, – Slot vurğulayıb.

“Liverpul”un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard illər öncə “Real Madrid” və “Çelsi”nin hədəfində olsa da, ingiltərəli futbolçu uşaqlıq komandasına sadiq qalmağı seçib.

“Real” və “Çelsi”dən təkliflərim olub, lakin mənim ürəyim həmişə “Liverpul”la olub. Heç vaxt qərarımdan peşman olmamışam. Keçmişə qayıda bilsəm, eynisini təkrarlayaram”, – hazırda Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasını çalışdıran Stiven Cerrard ötən il yerli nəşrə müsahibəsində açıqlayıb.

Eyni zamanda, Slot Aleksander-Arnoldun, eləcə də müqavilələri gələn yay başa çatan Məhəmməd Salah və Vircil van Daykla bağlı transfer şayiələrinin diqqəti yayındıran amil olmadığını söyləyib.

“Bunlar hamısı “əgər, əgər, əgər”dir. Mənim cavabım – o bizimlə birgədir və bütün diqqəti bizimlədir”, – o, cinah müdafiəçisinin mümkün keçidini şərh edib.

“Bunu siz “Vest Hem” ilə oyunda və əvvəlki oyunlarda gördünüz”, – o əlavə edib.

Qeyd edək ki, mövsümün ilk yarısında yüksək yüksək nəticələr əldə edən “Liverpul” istər yerli çempionatda, istərsə də Çempionlar Liqasının (ÇL) liqa mərhələsində şəriksiz liderdir. Bundan başqa, ÇL-də maksimum nəticə əldə etmiş Arne Slotun yetirmələri “Real Madrid” üzərində inamlı qələbə qazanıblar.

Futbol
Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol
Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

Futbol
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Futbol
Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub