Azərbaycan millisinin kapitanı təyyarə qəzası zamanı Aktaudakı hava limanında olub

Azərbaycan millisinin kapitanı təyyarə qəzası zamanı Aktaudakı hava limanında olub

Futzal üzrə Azərbaycan millisinin kapitanı Rövşən Hüseynli təyyarə qəzası zamanı Aktaudakı hava limanında olub.

Bu barədə "QELEBE.AZ"a 33 yaşlı qolkiperin özü məlumat verib.

O, Qazaxıstanın "Astana" klubu ilə birgə Astana şəhərinə qayıtmaq üçün Aktau hava limanına yollanarkən faciəvi hadisəyə şahidlik edib:

"Qazaxıstan Kubokunun oyunlarına görə Aktau şəhərinə gəlmişdik. Geri qayıtmaq üçün "Astana" klubunun kollektivi ilə birlikdə avtobusa əyləşdik və Aktau hava limanına doğru hərəkət etməyə başladıq. Bu şəhərin hava limanına gedən yolunda olanlar bilir ki, ətraf açıqlıqdır və və hər tərəf aydın görünür. Birdən səs-küy düşdü ki, "təyyarə qəzaya uğrayıb". Dərhal başımı çevirdim, tüstü, duman və alovu canlı gördüm. Hadisə yerinə gələn yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və helikopterlər yaxınlığımızda idi. Hadisəyə görə Astanaya olan reysimiz 4 saat ləngidi. Təyyarədə olsaq da, nə vaxt havaya qalxacağımızı bilmirik".

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.

Son məlumata görə, 32 nəfər sağdır.

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Fərdi
Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası dünya çempionatına dəvət alıb

Fərdi
Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Fərdi
"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib