Fərid Qayıbov: "Özəl şirkətlərin idmana yatırım etməsi üçün onlara hansısa güzəşt olmalıdır"

Fərid Qayıbov: "Özəl şirkətlərin idmana yatırım etməsi üçün onlara hansısa güzəşt olmalıdır"

Məncə, böyük, özəl şirkətlərin idmana yatırım etməsi üçün onlara hansısa güzəşt olmalıdır. Hazırda var. Bunun bir az dəyişməsini istərdik.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, bununla bağlı Vergilər Nazirliyi ilə mütəmadi görüşlər keçirdiklərini bildirib:

"Biz təklif veririk və bunu əsaslandırmalıyıq. Düşünürəm ki, özəl şirkətləri idmana daha çox cəlb etməliyik. Kütləvi tədbirlər təşkil edirik. Burada iştirakçılar çox olur. Bəzi tədbirlərimizə özəl sponsorlar gəlmək istəyir.

Nazir yarışlara az azarkeşlərin gəlməsinə də toxunub:

"Özümüz də çalışmalıyıq. Bizdə idman marketinqi yaxşı işləmir. Tədbirlər keçirəndə tamaşaçıların sayı az olur. Təəssüflər olsun ki, gəlmirlər. Dünya və Avropa çempionatı keçirilir, dünya ulduzları gəlir, amma biz fanatları görmürük. Bəzi ölkələrdə belə turnirlərə ailə üzvləri ilə birlikdə gəlirlər. Bu ənənənin ölkəmizdə də olmasını istəyirik. Ən yaxşı misal futboldur. "Qarabağ"ın avrokubok matçlarında stadion dolu olur. Amma çempionat matçlarına gəlmirlər. Deməli onları düzgün dəvət etmirik. Bizdə də günah var. İnsanları dəvət etməyi bacarmalıyıq. Düşünürəm ki, idman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, xaricdən dəvət etməliyik".

Fərdi
Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Fərdi
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb