Azərbaycanın gimnastika hakimi: "Ümid edirik ki, gələcəkdə nəticələrimiz daha yaxşı olacaq"

Azərbaycanın gimnastika hakimi: "Ümid edirik ki, gələcəkdə nəticələrimiz daha yaxşı olacaq"

"Ümid edirik ki, gələcəkdə nəticələrimiz daha yaxşı olacaq.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın bədii gimnastika üzrə hakimi Yevgeniya Vilyayeva deyib.

Ədalət təmsilçisi İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstərmələri barədə danışıb.

O, kursa çox ciddi hazırlaşdıqlarını bildirib:

"Məsuliyyəti dərk edirdik və əlimizdən gələni göstərmək istəyirdik. Nəticədən çox razıyıq. Bizə bu fürsəti verdiyi üçün Azərbaycan Gimnastika Federasiyasına, qurumun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya çox minnətdarıq. Gənclər və idman naziri Fərid Qayıbova, nazir müavini Mariana Vasilevaya dəstəyə görə təşəkkür edirik".

Referi gələcək planlarından da söz açıb: "Federasiya olaraq milli komandanı qarşıdan gələn mövsümə hazırlamaq niyyətindəyik. Biz isə bədii gimnastikanın yeni qaydalarına uyğun olaraq hakim kimi yarışlara köklənəcəyik".

Qeyd edək ki, Azərbaycanın bədii gimnastika üzrə hakimləri tarixdə ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər. Yevgeniya Vilyayeva qrup hərəkətlərində 1-ci, fərdi proqramda 2-ci kateqoriyaya sahib çıxıb. Nigar Abdusalimova fərdi proqramda 1-ci, qrup hərəkətlərində 2-ci kateqoriyaya yiyələnib. Bundan əlavə, Səbinə Hacıyeva (fərdi proqram üzrə) 2-ci, Vəfa Bəkərova (qrup hərəkətləri üzrə) 3-cü kateqoriyanı əldə edib.

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Fərdi
UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

Fərdi
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib