Azərbaycan millisinin baş məşqçisi: "Hücumların sonluğunu gətirə bilmədik"

Azərbaycan millisinin baş məşqçisi: "Hücumların sonluğunu gətirə bilmədik"

Təəssüf ki, hücumların sonluğunu gətirə bilmədik və adi səhvdən qol buraxaraq məğlub olduq.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya seçməsinə uduzduqları (0:1) ikinci yoldaşlıq oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis komandadan razı qaldığını bildirib:

“Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi. İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi. Məğlub olsaq da, sona qədər mübarizə apardıq. İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, dünənki qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmədik və adi səhvdən qol buraxaraq məğlub olduq. Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək”.

Qeyd edək ki, noyabrın 28-də keçirilən görüşdə də Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.

Futbol
Qurban Qurbanov: "İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

Qurban Qurbanov: "İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib

Futbol
Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Futbol
DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

Futbol
İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

Futbol
"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Futbol
DÇ-2022: İkinci 1/8 finalçı Braziliya olub

DÇ-2022: İkinci 1/8 finalçı Braziliya olub

Futbol
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub