Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq"

Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq"

Komandamız meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

UEFA Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) ilə oyundan öncə komandanın mətbuat xidmətinə danışan klub rəhbəri qələbə qazanmaq istədiklərini bildirib:

“Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Budyo Qlimt”ə (Norveç) qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Futbolçularımız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq".

T.Gözəl qarşılaşmanı stadiondan canlı izləyə bilməyəciyini söyləyib:

"Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləyə bilməyəcəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, azarkeşlərimiz Tofiq Bəhramov adına Respublika stadionunu dolduracaq və arenadan sevinclə ayrılacaqlar. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə adlamaq üçün daha bir addım atacağıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Futbol
"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

Futbol
AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

Futbol
“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

Futbol
Luis Suares Braziliya klubu ilə anlaşıb

Luis Suares Braziliya klubu ilə anlaşıb

Futbol
Elmar Baxşıyev: "Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm"

Elmar Baxşıyev: "Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm"

Futbol
"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

Futbol
Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib

Futbol
A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib