AFFA Hakimlər Komitəsinin sədri XIV turda yaşanan mübahisəli epiodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri XIV turda yaşanan mübahisəli epiodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XIV turunun oyunlarında qeydə alınan mübahisəli epizodları şərh edib.

"Report" xəbər verir ki, o, “Kəpəz” – “Araz-Naxçıvan” görüşündə oyundankənar vəziyyət səbəbindən ləğv edilən qolların sayılmamasını doğru qərar hesab edib.

"8 və 75-ci dəqiqələrdə iki qol ləğv edildi. Hər iki qərar düzgün idi və VAR tərəfindən təsdiqləndi", - deyə o bildirib.

Təcrübəli mütəxəssis “Səbail” – “Qarabağ” matçının sonlarında verilməyən penalti epizodu barədə danışıb:

"90+3-cü dəqiqədə hakim penalti verməmək qərarına gəldi. Çünki “Səbail”in futbolçusu Azad Əsgərovun “Qarabağ”ın oyunçusu Yassin Benzia ilə mümkün təması çox zəif idi və hücumçu asanlıqla yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi".

Komitə sədri “Neftçi” – “Zirə” qarşılaşmasında ev sahiblərinin sayılan qolu barədə fikir bildirib:

"68-ci dəqiqədə “Neftçi”nin heyətində Emil Səfərovun qolu təsdiq edildi, çünki hücüm zamanı top meydanı tərk etməmişdi. VAR bu vəziyyəti yoxladı və qol olaraq dəyərləndirdi".

Frank De Blekere son olaraq “Sumqayıt” – “Şamaxı” oyunundakı penalti epizodu ilə bağlı danışıb:

"74-cü dəqiqədə künc zərbəsindən sonra cərimə meydançasında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın futbolçusu İlkin Muradovun əlinə dəydi. Onun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti vermək qərarı doğrudur".

Futbol
"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

Futbol
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Futbol
Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Futbol
Rusiyalı baş məşqçinin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib

Rusiyalı baş məşqçinin Qazaxıstan millisindəki taleyinə aydınlıq gəlib

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

Futbol
Pele yenidən xəstəxanaya yerləşdirilib

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Futbol
Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"