KİV: Qvardiola “Mançester Siti” ilə müqavilə müddətini 1 il uzadıb

KİV: Qvardiola “Mançester Siti” ilə müqavilə müddətini 1 il uzadıb

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola klubla müqavilə müddətini daha bir il, əlavə uzatma seçimi ilə uzadıb.

“Report” xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

53 yaşlı mütəxəssisin hazırkı razılaşması cari mövsümün sonunda başa çatırdı. Müqavilə müddətinin uzadılması ilə bağlı rəsmi açıqlama yaxın günlərdə veriləcək.

Əvvəllər Qvardiolanın mövsümün sonunda idman direktoru Çiki Beqiristaynla birlikdə klubdan ayrıla biləcəyi güman edilirdi. İkincinin Portuqaliyanın “Sportinq” klubundan Uqu Viana ilə əvəzlənməsi oktyabrda təsdiqlənmişdi.

Qvardiola “Barselona” və “Bavariya”dakı fəaliyyətindən sonra 2016-cı ildə “Mançester Siti”yə baş məşqçi təyin edilib. Bu müddət ərzində o, Premier Liqada 6 çempionluq və 2023-cü ildə klubun tarixində ilk Çempionlar Liqası qələbəsi olmaqla 18 kubok qazanıb.

Hazırda “şəhərlilər” Premyer Liqanın turnir cədvəlində ikincidir və lider “Liverpul”dan artıq beş xal geri qalır. İspaniyalı çalışdırıcının komandası son dörd oyunun hamısında meydandan məyus ayrılıb ki, bu da son illərin, xüsusən də Qvardiolanın baş məşqçi kimi ən pis nəticəsidir.

Xatırladaq ki, daha əvvəl “Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında Karlo Ançelottinin uğurunu təkrarlamışdı.

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

Futbol
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Futbol
“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

Futbol
"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

Futbol
Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Futbol
"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

Futbol
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər