Emre Mor Niderland klubuna keçdi - Rəsmi
Türkiyə millisinin sabiq üzvü Emre Morun yeni klubu müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, 27 yaşlı vinger Niderlandın "NEC Neymegen" klubu ilə 2 illik müqavilə imzalayıb.
Emre Mor son olaraq "Fənərbaxça"nın formasını geyinirdi. O, İstanbul təmsilçisində əsas heyətdə möhkəmlənə bilmədiyi üçün ötən mövsümün ikinci yarısını icarə əsasında "Eyüpspor"da keçirib.
Qeyd edək ki, Danimarkada dünyaya gələn Emre Mor karyerası ərzində "Nordsyelland", Dortmund "Borussiya"sı, "Selta", "Qalatasaray", "Olimpiakos", "Fatih Karagümrük", "Fənərbaxça" və "Eyüpspor"un formasını geyinib.
O, Türkiyə millisində keçirdiyi 15 oyunda 1 qol vurub.

https://qelebe.az//uploads/photo/emre-mor-niderland-klubuna-kechdi-resmi.webp