"Bavariya" yeni səfər formasını təqdim etdi - FOTO

"Bavariya" yeni səfər formasını təqdim etdi - FOTO

Almaniyanın "Bavariya" klubu 2026/2027 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Apasport.az xəbər verir ki, adidas tərəfindən hazırlanan yeni forma əsasən ağ rəngdədir. Dizaynda klubun 1990-cı və 2000-ci illərin əvvəllərində istifadə etdiyi formaların üslubundan ilham alınıb. Köynəkdə tünd göy və qırmızı detallara, həmçinin adidasın klassik "Trefoil" loqosuna yer verilib.

Münhen təmsilçisi qarşıdakı mövsümdə səfər oyunlarına bu formada çıxacaq.