UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub  - VİDEO - YENİLƏNİB-8

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolşun idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqiqədə Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom müəyyənləşdirib.

2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamayıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Budyo Qlimt”ə qarşı keçirəcək.

22:28

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.

Daha əvvəl, 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə almışdı.

22:25

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar fərqi bir qədər də artırıblar - 3:0.

77-ci dəqiqədə Çuba Akpom dəqiq zərbə müəllifi olub.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

22:20

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb - 2:0.

74-cü dəqiqədə Vaut Veqhorst penalti zərbəsini dəqiq yerinə yetirib.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:51

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:22

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 36-cı dəqiqəsində Kennet Teylor qonaqları hesbada irəli çıxarıb - 1:0.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:01

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

19:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

Foto: Məhəmməd Ağayev

Futbol
Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Futbol
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

Futbol
"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb

AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb

Futbol
Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Futbol
"Çelsi" daha bir futbolçunu transfer edib

"Çelsi" daha bir futbolçunu transfer edib

Futbol
Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Futbol
“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

Futbol
UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub