AFFA Məşqçilər Komitəsinin üzvü: “Slovakiya kimi rəqiblə oyunda imkanlardan istifadə etməlisən”

AFFA Məşqçilər Komitəsinin üzvü: “Slovakiya kimi rəqiblə oyunda imkanlardan istifadə etməlisən”

Slovakiya kimi rəqiblə oyunda imkanlardan istifadə etməlisən.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov Azərbaycan yığmasının Millətlər Liqasında Slovakiya və Estoniyaya qarşı keçirdiyi matçlar barədə danışarkən deyib.

O, yığmadan gözləntilərin böyük olduğunu bildirib:

“Komandadan çox şey gözləyirdik. Əlbəttə, istəyərdik millimiz qələbə qazansın. Hansı ki, əvvəllər bunu edirdilər. Ardıcıl dörd turda uduzmuşuq. Komandanın qələbəsiz seriyası davam edir. Slovakiya qrupun lideridir. Avropa səviyyəli, hərtərəfli şəkildə güclü komandadır. Futbolçuları güclü klublarda çıxış edirlər. Estoniya yığmasına qarşı yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq, amma istifadə edə bilmədik. Futbolçularımız qol vurmaq istəyirlər, lakin ustalıq səviyyələri yetərli deyil. Birinci hissədə hesabda 2:0 və ya 3:0 irəlidə olmalı idik. Buna gücümüz çatırdı. Ancaq biz vura bilmədik, rəqib isə əlinə düşən imkanları qola çevirdi. Təcrübə də sözünü dedi. İkinci hissədə çətin oldu. Komanda oyunu bərabərləşdirməyə çalışırdı ki, üstünlük qazansın. Futbolun yazılmamış qanunlarından biri də odur ki, sən qol vurmasan, qapında top görəcəksən”.

Mütəxəssis Slovakiyaya məğlubiyyəti komandanın yorğunluğu ilə əlaqələndirib:

“Estoniyaya uduzmaq milliyə yaraşmadı. Təəssüf ki, belə oldu. Slovakiyanın isə güclü olduğunu, oyunun gərgin keçəcəyini bilirdik. Uşaqlar istəkli idi, qarşılaşma da nəticə əldə edə biləcəyimizi göstərirdi. Qol vəziyyətlərindən istifadə edə bilməyəndə bəzən futbolçular həvəsdən düşürlər. Belə rəqibə qarşı matçda imkanlardan istifadə etməlisən. Bundan başqa, ikinci hissədə yorğunluq hiss olundu. Uzun yol qət etmişdilər, yorğunluq yaranmışdı. Üstəgəl, oyun zamanı komandanın azlıqda qalması və müəyyən amillər təsir etdi”.

Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi Millətlər Liqasında keçirdiyi son iki - Estoniya və Slovakiya ilə matçlarda 1:3 hesabı ilə məğlub olub.

Futbol
İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

Futbol
İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

Futbol
Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Futbol
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Futbol
UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
"Yuventus" 9 ildən sonra pley-offa yüksələ bilməyib

"Yuventus" 9 ildən sonra pley-offa yüksələ bilməyib

Futbol
Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Futbol
Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Futbol
Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib