Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Paris-2024-də qızıl medal qazanan idmançı ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Paris-2024-də qızıl medal qazanan idmançı ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov parataekvondo üzrə dünya, Avropa, beynəlxalq turnirlərin çempionu, o cümlədən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovla görüşüb.

"QELEBE.AZ" xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, idmançının məşqçisi Arif Xəlilov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə idmanın, o cümlədən Paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərildiyini bildirib.

O qeyd edib ki, məhz bu diqqətin nəticəsidir ki, bu il keçirilən Yay Paralimpiya Oyunlarında iştirak edən idmançılarımız yüksək nəticələr əldə edib və bayrağımızı Fransanın Paris şəhərində dalğalandırıblar.

Niyazi Bayramov İmaməddin Xəlilovu Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edərək ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Çıxış edən rəsmilər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıblar və idmançını təbrik ediblər.

İmaməddin Xəlilov da öz növbəsində ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Səmimi görüş üçün Niyazi Bayramova minnətdarlığını ifadə edən idmançı, daha əzmlə çalışacağını və gələcəkdə ölkəmizin bayrağını yüksək arenalarda dalğalandıracağını deyib.

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub