UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8

"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.

"Report"un məlumatına görə, "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

01:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda daha bir qol vurulub.

"Report" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Dominik Solanke fərqlənib - 3:0.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb. 58-ci dəqiqədə isə "Qarabağ"ın heyətində Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

00:53

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda təmsilçimiz penalti zərbəsindən yararlana bilməyib.

"Report" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 58-ci dəqiqəsində Toral Bayramov 11 metrlik cərimə zərbəsini qaçırıb.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə davam edir.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

00:48

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda daha bir qol vurulub.

"Report" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 53-cü dəqiqəsində Pap Matar Sarr fərqlənib - 2:0.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

00:40

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

09-27 00:23

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

23:50

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.

"Report" xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda davam edən matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

23:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda meydan sahiblərinin futbolçusu qırmızı vərəqə ilə cəzalanıb.

"Report" xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda davam edən qarşılaşmanın 7-ci dəqiqəsində Radu Drequşin Juninyoya qarşı kobud oyuna görə meydandan qovulub.

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.

Qeyd edək ki, görüş tıxac səbəbindən 35 dəqiqə gec başlayıb.

23:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.

Qeyd edək ki, görüş tıxac səbəbindən 35 dəqiqə gec başlayıb.

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

Futbol
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Futbol
“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

Futbol
XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular açıqlanıb

Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular açıqlanıb

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub