Naxçıvanın 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı keçirilir

Naxçıvanın 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı keçirilir

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışının açılış mərasimi baş tutub.

"Report"un yerli bürosu xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən tədbirdə şəhidlərimizin, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin məsul şəxsi Həsən Kərimov və Naxçıvan Futbol Federasiyasının baş katibi Raqif Abbasov turnirlə bağlı təəssüratlarını bölüşüb, komandalara uğurlar arzulayıblar. Qeyd olunub ki, bu cür idman yarışları əhalinin sağlam həyat tərzinə təşviqi, dövlət qurumlarında çalışan əməkdaşlar arasında dostluq və idman əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Rəsmi hissədən sonra turnirin açılış oyunu reallaşıb. İlk görüşdə "Ədliyyə Nazirliyi" "Ali Məhkəmə" üzərində 7:2 hesablı qələbəyə nail olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası ilə birgə təşkil etdiyi turnirdə 17 komanda 4 qrupda mübarizə aparır. Hər qrupda ən yüksək xal toplayan iki komanda pley-of mərhələsinə yüksələcək.

Oyunların şənbə və bazar günləri keçirilməsi nəzərdə tutulub.

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb