Naxçıvanda cüdo üzrə "ustad dərsi" təşkil olunub

Naxçıvanda cüdo üzrə "ustad dərsi" təşkil olunub

Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının önündə dünya çempionu Nihat Məmişov, Avropa çempionu Bahadır Feyzullayev, yığma komandanın məşqçisi Nicat Şıxalızadə və məşqçi Samir İsmayılovun iştirakı ilə cüdo üzrə "ustad dərsi" təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "QELEBE.AZ"un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Azərbaycan Cüdo Federasiyasının (ACF) nüməyəndəsi Rəşad İbrahimov, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Əməkdar məşqçi Faiq İsgəndərov tədbirin məqsəd və əhəmiyyəti haqqında fikirlərini ifadə ediblər.

Qeyd olunub ki, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi, idmana olan marağının arıtılması, ümumən idmanın inkişafı ölkəmiz üçün prioritet təşkil edir. ACF tərəfindən iki ildir icra olunan “Ustad dərsi” layihəsi regionlarda cüdonun kütləviliyinin artırılmasına xidmət edir.

Tədbiri izləyənlər arasnda Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov da olub.

"Ustad dərsi" çərçivəsində müxtəlif cüdo fəndləri uşaq və yeniyetmələrə nümayiş etdirilib. Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib tətbiq etməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Fərdi
İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib