Azərbaycan boksçuları Dünya Kubokunda üç qızıl medal qazanıb
PSJ-nin yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçib
Fransanın PSJ klubunun və Portuqaliya millisinin yarımmüdafiəçisi Danilo Pereyra Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a keçib.
"QELEBE.AZ" Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Yerli mətbuatın yazdığına görə, transfer məbləği 5 milyon avro təşkil edib.
Qeyd edək ki, yarımmüdafiəçi PSJ-də 157 oyun keçirib və 10 qol vurub. O, Portuqaliya millisinin formasında meydana çıxdığı 74 oyunda 2 dəfə fərqlənib.

https://qelebe.az//uploads/photo/psj-nin-yarimmudafiechisi-seudiyye-erebistani-klubuna-kechib.webp











