Mərc oyunlarında iştirak edən həndbolçu diskvalifikasiya edilib
Rusiyalı həndbolçu Tamerlan Musayev mərc oyunlarında iştirak etdiyi üçün diskvalifikasiya olunub.
"QELEBE.AZ" xəbər verir ki, Rusiya Həndbol Federasiyası "SSAU-Saratov" komandasının üzvünü bu ilin sonuna qədər bütün yarışlardan kənarlaşdırıb.
27 yaşlı həndbolçunun cəzasının müddəti 2025-ci il yanvarın 1-də başa çatacaq.

https://qelebe.az//uploads/photo/merc-oyunlarinda-ishtirak-eden-hendbolchu-diskvalifikasiya-edilib.webp











