Qelebə.az / Mərc oyunlarında iştirak edən həndbolçu diskvalifikasiya edilib

Mərc oyunlarında iştirak edən həndbolçu diskvalifikasiya edilib

28-08-2024, 16:39

Rusiyalı həndbolçu Tamerlan Musayev mərc oyunlarında iştirak etdiyi üçün diskvalifikasiya olunub.

"QELEBE.AZ" xəbər verir ki, Rusiya Həndbol Federasiyası "SSAU-Saratov" komandasının üzvünü bu ilin sonuna qədər bütün yarışlardan kənarlaşdırıb.

27 yaşlı həndbolçunun cəzasının müddəti 2025-ci il yanvarın 1-də başa çatacaq.

Geri qayıt