Olimpiadanın media mərkəzləri - Parisin qüsurlarla zəngin layihəsi

Olimpiadanın media mərkəzləri - Parisin qüsurlarla zəngin layihəsi

XXXIII Yay Olimpiya Oyunlarının sonuna sayılı günlər qalıb. Avqustun 11-də baş tutacaq bağlanış mərasimi ilə Paris-2024 də tarixin yaddaşına köçəcək. Amma bu olimpiada yaddaşlarda, şübhəsiz ki, qalmaqallarla zəngin, ziddiyyətli bir yarış kimi qalacaq. Açılış mərasimində yaşanan rəzalət, Sena çayı ilə bağlı problem hələ də aktuallığını itirməyib. Demək olar ki, hər gün yayılan neqativ xəbərlər də Fransanın təşkilatçılıq işinin öhdəsindən gələ bilmədiyinin göstəricisidir.

Budəfəki mövzumuz yarış məkanlarında yerləşən media mərkəzləri ilə bağlıdır. Öncədən qeyd edək ki, idmançılarımızın çıxışı səbəbindən baş çəkdiyimiz bu obyektlərin hamısında durum, demək olar ki, eynidir, yəni bərbaddır. Məsələn, cüdo və güləşə görə daha çox vaxt keçirdiyimiz media mərkəzinə aparan torpaq yol yağış yağanda palçığın və suyun içində olur. Bir neçə gün quraqlıq olanda və həfif külək əsəndə isə ətrafı toz-duman bürüyür. Amma 15 gündü davam edən bu rəzalət səhnəsi fransızları qətiyyən narahat etmir. Bu azmış kimi, hər tərəf zibillə, siqaret kötükləri ilə doludur. Adamlar bir neçə nöqtəyə zibil qabları qoymağı unudublar. Bu səbəbdən zərərli vərdişdən əl çəkə bilməyənlər siqaretin kötüklərini məcburiyyətdən hara gəldi atırlar.

İçəridə havalandırma ilə bağlı da ciddi qüsurlar var. Saat 3-4-ə kimi istidən nəfəs almaq olmursa, sonrakı saatlarda soyuq adamın iliklərinə işləyir. Yeri gəlmişkən, dünən eyni durumla taekvondo arenasında da üzləşdik. İçəridə sözün həqiqi mənasında soyuq rüzgar əsirdi. Jurnalistlər bu səbəbdən tez-tez media mərkəzinə qaçırdılarsa, başqa seçimi olmayan tamaşaçılar dözülməz soyuqla baş-başa qalmaq məcburiyyətində idilər. Bu rüsvayçı durumlarla bağlı orada çalışanlara müraciət etdikdə isə, sadəcə, çiyinlərini çəkməklə kifayətlənirlər. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, onlarla dil tapmaq da bir problemdir. Çünki böyük əksəriyyəti ingilis dilini bilmir, çalışdıqları məkanı tanımır.

Media mərkəzlərinin gündəlik təchizatı da ürəkaçan deyil. Belə ki, bəzən adi su içmək üçün plastik qab tapılmır. Yalnız bu barədə xəbərdarlıq edəndən sonra orada çalışanlar əl-ayağa düşürlər. Halbuki bu kimi detalları diqqətdə saxlamaq birbaşa onların vəzifə borcudur. Vəziyyətin bu həddə çatmasının səbəbi isə təşkilati işlərə cavabdeh şəxslərin səhlənkarlığı, nəzarətsizliyidir.

Bir sözlə, Parisin küçələrində, avtobus və metrolarda gördüyümüz ciddi qüsurlar olimpiadanın təşkilatçılığına da sirayət edib. Bu durumdan isə nəinki KİV təmsilçiləri, yarış iştirakçıları və tamaşaçılar belə narazıdır. Çünki hər kəs, demək olar ki, hər gün, hər dəqiqə problemlərlə üz-üzə qalır. Dərdini demək, anlatmaq üçün isə adam tapılmır. Amma az qalıb, Paris-2024-ün sonu yaxınlaşır. Yay Olimpiya Oyunları tarixinə biabırçı təşkilatçılıqla düşəcək Fransa bir neçə gündən sonra yenə öz problemləri ilə üz-üzə qalacaq.

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib

Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şayiələrə aydınlıq gətirib

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Fərdi
Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Fərdi
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb