Paris-2024: Azərbaycan taekvondoçusu finala yüksəlib - YENİLƏNİB - 2

Paris-2024: Azərbaycan taekvondoçusu finala yüksəlib - YENİLƏNİB - 2

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

17:55

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib. Təmsilçimiz ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə üstün olub.

O, finala gedən yolda italiyalı Vito Dellakvila ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

14:24

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub. O, növbəti raundda ispaniyalı Adrian Visente ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Fərdi
ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq