Azərbaycan millisinin baş məşqçisi: Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq

Azərbaycan millisinin baş məşqçisi: Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq

Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq.

"Report" xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinə açıqlamasında Azərbaycanın çimərlik futbolu millisinin yeni baş məşqçisi Sahib Məmmədov deyib.

O, əvvəlcə özü barədə məlumat verib:

“2008-2014-cü illər aralığında çimərlik futbolu üzrə millimizin formasını geyinmişəm. Ardından iki mövsüm Türkiyədə çıxış etdikdən sonra 2016-cı ildən bəri Litvada yaşamışam. 2018-ci ildə futbolçu karyeramı başa vurmuşam. 2019-cu ildən bu ilin mayına qədər isə Litva millisində baş məşqçi kimi çalışmışam. Ötən il Avropanın B Divizionunun qalibi olduq və Litva yığması tarixində ilk dəfə A Divizionuna yüksəldi”.

S.Məmmədov Azərbaycana qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:

“Rəhbərlik mənə güvənib dəvət etdi. Buna görə onlara təşəkkürümü bildirirəm. Doğma vətənimdə çalışacağım üçün çox xoşbəxtəm. Türkiyə və Litvada kifayət qədər təcrübə toplamışam. Azərbaycan millisinin uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm”.

Baş məşqçi Bakıda çimərlik futbolunun inkişafı üçün hər cür şəraitin olduğunu vurğulayıb:

“Bakıda çox gözəl çimərlik futbolu meydançası var. Su İdmanı Sarayında yaradılan şərait dünyanın heç yerində yoxdur. Hava durumu da burada hazırlıq keçməyə imkan verir. Təkcə yayda yox, qışda da məşq etmək mümkündür. Çimərlik futbolunun inkişafı üçün ölkə çempionatı keçirilsə, çox yaxşı olar. Belədə milliyə seçim imkanı da geniş olar. Bundan əlavə, beynəlxalq turnirlərə qatılmaq futbolçuların təcrübəsini artırar. Nə qədər çox oyun olsa, inkişaf bir o qədər sürətli gedər”.

Baş məşqçi komanda ilə bağlı planları və hədəfləri də açıqlayıb:

“Avqustun 1-də məşqlərə başlayacağıq. 12 oyunçuya dəvət göndərmişəm. Onların hamısının kifayət qədər təcrübəsi var. Bu heyətlə iki il davam etmək olar. Ancaq məqsədim bir il ərzində ən azı 5-6 gənc oyunçu yetişdirib milliyə cəlb etməkdir. Oktyabrda İspaniyada dünya çempionatının seçmə mərhələsi keçiriləcək. Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq. Çimərlik futbolu üzrə millimiz indiyə qədər heç vaxt mundialda iştirak etməyib. İki ildən bir seçmə mərhələ keçirilir. Vaxtımız az olsa da, bu tarixi yazmaq üçün əlimizdən gələni edəcəyik. Gələn il isə Avropanın B Divizionunda mübarizə aparacağıq. B Divizionunun çempionu kimi A Divizionuna qayıtmaq istəyirik”.

Qeyd edək ki, AFFA S.Məmmədovla 1 illik müqavilə bağlayıb.

Futbol
Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

Futbol
"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

Futbol
Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Futbol
"Qarabağ" Avropada xal itirməyən dörd komandadan biridir

"Qarabağ" Avropada xal itirməyən dörd komandadan biridir

Futbol
APL: İlk dövrədə əleyhinə və lehinə ən çox penalti təyin olunan komandalar - ARAŞDIRMA

APL: İlk dövrədə əleyhinə və lehinə ən çox penalti təyin olunan komandalar - ARAŞDIRMA

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

Futbol
Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Futbol
"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

Futbol
Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Futbol
Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ" bizdən güclü idi"

"Nant"ın baş məşqçisi: "Qarabağ" bizdən güclü idi"