"Sumqayıt"ın kapitanı: “Fehervar”la oyun öncəsi müsbət və mənfi cəhətlərimizi gördük - MÜSAHİBƏ

"Sumqayıt"ın kapitanı: “Fehervar”la oyun öncəsi müsbət və mənfi cəhətlərimizi gördük - MÜSAHİBƏ

“Sumqayıt” klubunun kapitanı Vüqar Mustafayev “Report”a müsahibə verib. O, komandanın Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib, yoxlama görüşləri barədə düşüncələrini bölüşüb. Kapitan həmçinin qarşıdan gələn “Fehervar”la (Macarıstan) matçdan və Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündən gözləntilərini açıqlayıb.

- Təlim-məşq toplanışı haqqında fikirlərinizi öyrənmək istərdik.

- Ümumi olaraq təlim-məşq toplanışımız yaxşı keçdi.

- Yoxlama görüşləri barədə nə düşünürsünüz?

- Fərqli rəqiblərlə 3 yoxlama oyunumuz oldu. Çalışdıq ki, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirək. “Fehervar”la oyun öncəsi müsbət və mənfi cəhətlərimizi gördük. Bu isə nəticə çıxartmağımız üçün faydalıdır.

- Komanda ötən mövsümə nisbətən nə qədər güclənib, hansı dəyişikliklər nəzərə çarpır?

- Bu barədə indi nəsə danışmaq düzgün deyil. Çünki gedən oyunçuların da əziyyəti, əməyi olub. Yenilər isə komandaya yavaş-yavaş uyğunlaşırlar. İnanıram ki, əllərindən gələni edəcəklər.

- "Fehervar" haqqında hansı məlumatlara sahibsiniz və şansları necə dəyərləndirirsiniz?

- Məşqçilərimiz “Fehervar” haqqında məlumat verirlər. Bilirik ki, yaxşı, keyfiyyətli komandadır. Buna uyğun hazırlaşıb oyuna çıxacağıq.

- Azərbaycan Premyer Liqasının ilk turunda "Sumqayıt" evdə "Kəpəz"lə qarşılaşacaq…

- Birinci oyunlar həmişə çətin, ağır olur. Hamı kimi mövsümə evdə yaxşı nəticə ilə başlamaq istəyirik. Amma hazırda fikirlərimizi məhz “Fehervar”la oyuna yönəltmişik.

- Azərbaycan çempionatında ötənmövsümkü uğuru təkrarlamaq mümkün olacaq? "Turan Tovuz" Kurban Berdıyev, "Neftçi" Roman Qriqorçuk kimi tanınmış mütəxəssisləri baş məşqçi postuna gətirib. Bu dəyişikliklərin fonunda düşüncələriniz necədir?

- Bizi yenə maraqlı və gərgin mövsüm gözləyir. Bütün komandalara hörmətlə yanaşırıq. Digərləri kimi ili yaxşı sonluqla başa vurmaq istəyirik. Bu futboldu, alına və ya alınmaya bilər. Çempionat uzun marafondur, komandada enişlər və ya yüksəlişlər mümkündür. Azarkeşlərimizə səslənirəm, yenə də həmişəki kimi dəstəklərini əsirgəməsinlər. Ümid edirəm ki, növbəti mövsümü də birlikdə, uğurlu sonluqla başa vurarıq.

Futbol
Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Futbol
Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Futbol
Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Futbol
Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Futbol
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Futbol
PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

Futbol
Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

Futbol
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Futbol
PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

Futbol
İranlılar milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya məktub göndərib

İranlılar milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya məktub göndərib